Payızda ATƏT-in fakt-araşdırıcı missiyası gəlir

«Payızda ATƏT-in Minsk Qrupu həmsədrlərinin işğal altında olan Azərbaycan torpaqlarına səfəri fakt-araşdırıcı missiya xarakterini daşıyacaq».

Bu açıqlamanı jurnalistlərə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov verib.

O, 2005-ci ildə işğal altında olan ərazilərə belə bir missiya həyata keçirildiyini xatırladıb:

«O zaman işğal altında olan ərazilərə səfər edən fakt-araşdırıcı missiya BMT və ATƏT üçün hesabat hazırlamışdı. İndi də Azərbaycanın tələbi ilə həmin ərazilərdə məskunlaşma siyasəti aparılıb-aparılmadığına aydınlıq gətirmək üçün bölgəyə fakt-araşdırıcı missiya göndəriləcək.
Səfər zamanı həm oradakı vəziyyət təhlil ediləcək və yenidən öyrəniləcək». /APA/