Azərbaycana hücuma keçən çəyirtkələrlə mübarizədə fövqəladə vəziyyət elan olunub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaydığı məlumata görə, Mərakeş və Asiya çəyirtkə sürüləri havadan görünən yeganə yaşıllıq ərazisi olan Ələt-Hacıqabul magistral avtomobil yolunun Nəvahi-Hacıqabul hissəsinin sağ və sol tərəflərində 20-25 hektar ərazidəki bir neçə növ ağac və kol cinslərinin yarpaqlarını yeyərək onları tamamilə çılpaq vəziyyətə salıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ziyanvericilərlə Mübarizə İdarəsi, Fövqəladə Hallar Mərkəzi və yerli qurumlar tərəfindən tədbirlər (dərmanlama, gübrələmə, əlavə becərmə və suvarma işləri) görülməsinə baxmayaraq, vəziyyətdən hələ də çıxmaq mümkün olmayıb. Nəticədə Meşələrin İnkişafı Departamenti bu səbəbdən fövqəladə vəziyyətə keçib.