Elmar Məmmədyarov "Kəlbəcər və Laçını müzakirə edəcəyik"

Azərbaycan və Ermənistanın xarici işlər nazirləri iyulun 16-17-də Almatıda Qarabağ məsələsini müzakirə edəcəklər. Görüş MDB ölkələri nazirlərinin qeyri-rəsmi toplantısı zamanı baş tutacaq.

Bu barədə məlumat verən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, əsas müzakirə mövzularından biri Laçın və Kəlbəcərin taleyi olacaq.

“ATƏT-in Minsk qrupu həmin rayonların Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 5 rayon azad ediləndən 5 il sonra qaytarılmasını təklif edir. Azərbaycan buna razıdır, Ermənistan isə məsələnin yenə də müzakirə edilməsini istəyir”.