Azərbaycanda müvəqqəti və daimi yaşamaq üçün iyun ayında Dövlət Miqrasiya Xidmətinə 3807 müraciət daxil olub.
Bu barədə «APA»ya Dövlət Miqrasiya Xidmətindən məlumat verilib. Müraciətlərin hər biri ayrı-ayrılıqda ölkə qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib.
Həmçinin, Dövlət Miqrasiya Xidmətinin əməkdaşları qanunsuz miqrasiyanın qarşısını almaq məqsədilə müvafiq tədbirlər həyata keçiriblər. 881 əcnəbi tərəfindən inzibati qanunvericiliyin tələblərinin pozulması halları müəyyən edilib. Onlardan 185-nin cərimə olunmaqla ölkə ərazisində yaşamaları leqallaşdırılıb. 656 əcnəbi barəsində 48 saat ərzində ölkəni tərk etmə, 40 əcnəbinin isə inzibati qaydada ölkədən çıxarılması barədə qərar qəbul edilib.