Rusiyaya qarşı casusluqda ittiham olunan nüvə alimi İqor Sutyaqinin qohumları azad edildikdən sonra ondan xəbər olmadığını deyirlər.
Sutyaqinin qardaşı Dimitri AzadlıqRadiosuna müsahibəsində bildirib ki, o həmişə imkan olan kimi ailəsi ilə əlaqə saxlayardı.
Amma azad olunduqdan sonra onunla heç bir əlaqə yoxdur və ailəsinə telefon açmaq üçün onun elə bir problemi olmamalıdır.
İqor Sutyaqinin azad olunduqdan sonra Böyük Britaniyaya göndərildiyi bildirilsə də qohumları hələlik bu barədə rəsmi məlumat almayıblar.
Sutyaqinin ABŞ-da casusluq ittihamı ilə həbs edilmiş 10 rusiyalı ilə dəyişdirilməsi barədə məlumatlar dolaşır.