Varını verən utanmaz! Ustadın zirzəmidə keçən yubileyi...

Sabir Əhmədli. 2007

Yaşasaydı da yəqin 80 yaşı təmtəraqlı keçməzdi.

Dünya malında gözü olmayan təvazökar insandı...

Xalq yazıçısı Sabir Əhmədlinin 80 illik yubileyinin ehtiram alqışları gərək ölkənin ən böyük zallarının divarlarını titrədərdi...

Varını verən utanmaz!

Yenə sağ olsun Kitab klubu.

Ustadı imkanı daxilində - öz kiçicik sərgi zalında yad etdi...

Sabir Əhmədlinin ölümündən sonra çap edilən “Yazılmayan yazı” kitabının təqdimatı keçirildi.

Bu bir avtobioqrafik romandır.

Həm də yazıçının ən iri həcmli əsəri.

Sabir Əhmədlinin bütün əsərlərində olduğu kimi bu romanda da cəmiyyətin alt qatlarının həqiqəti öz əksini tapıb.

Təqdimat mərasimində yazıçının qızı və kitabın redaktoru Yaqut Quliyeva da iştirak edib.

Tədbirə Sabir Rüstəmxanlı, Seyran Səxavət, Rasim Qaraca, professor Cəmil Həsənli və başqaları qatılıblar.

Xalq yazıçısı Sabir Əhmədli 1930-cu il iyul ayının 10-da Cəbrayıl rayonunda anadan olub.

Ədəbi yaradıcılığa hələ tələbə ikən başlayıb.

“Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, nəsr şöbəsinin müdiri (1956-1993), baş redaktor (1993-1996) işləyib.

Əsərləri:

“Aran”,
“Pillələr”,
“Görünməz dalğa”,
“Dünyanın arşını”,
“Yamacda nişanə”,
“Toğana” (1981),
“Yasamal gölündə qayıqlar üzür”,
“Mavi günbəz”,
“Yanvar hekayələri”,
“Yasamal gölündə qayıqlar” (1984),
“Gedənlərin qayıtmağı” (1985),
“Kütlə” (1999),
“Axirət sevdası” (2003),
“Şəhid ruhu” (2004),
“Uyuq” (2009)


Xalq yazıçısı Sabir Əhmədli 2009-cu il aprelin 17-də vəfat edib. Allah rəhmət eləsin.

"Oxu zalı"

Sabir Əhmədli:«Tapşırmışam ki, həmin əsərlər mən öləndən sonra çap edilsin»
ÖLÜMÜNDƏN BİR QƏDƏR ƏVVƏL YAZIÇININ AZADLIQ RADİOSUNUN "TANINMIŞLAR" VERİLİŞİNƏ MÜSAHİBƏSİNİ DİNLƏ