Doqquzmərtəbəli binanın hündürlüyü 39 metr, ümumi tikinti sahəsi 9600 kvadratmetrdir. Binada xidməti otaqlarla yanaşı, kitabxana, arxiv, konfrans və müşavirə zalları, “Seçkilər” İnformasiya Mərkəzi, seçki məntəqələrindəki veb-kameralara nəzarət mərkəzi, yeməkxana və digər yardımçı otaqlar var.
Binada müasir işıqlandırma, havalandırma, yanğından mühafizə, rabitə, videomüşahidə sistemləri quraşdırılıb.
Binanın açılışında prezident İlham Əliyev də iştirak edib.