Ukraynanın Qara dəniz sahillərində 2 həftəlik hərbi təlimlər başlayıb. Ukrayna və NATO dövlətlərindən 3 minə yaxın əsgərin iştirak etdiyi quru, dəniz, hava qüvvələrinin təlimləri əsasən piratlarla mübarizəni təkmilləşdirməyi nəzərdə tutur.
1997-ci ildən bəri hər il Ukraynada Dəniz Brizi adı verilən təlimlər həyata keçirilirdi. Ancaq ötən il- parlament prezident Yuşenkoyla münasibətləri gərginləşəndə bu təlimlərə icazə verməmişdi.
Ukraynanın yeni prezidenti Viktor Yanukoviç NATO-ya üzvlük müraciətini ləğv eləsə də, bu təlimlərə qarşı çıxmayıb.