Uqandada 74 nəfərin öldüyü partlayışı islamçı yaraqlılar törədib

Uqanda paytaxtı Kampalada azarkeşlərin Dünya Kubokunun final oyununu izlədiyi zaman baş verən partlayışlarda ölənlərin sayı 74-ə çatıb.

Bazar günü baş verən partlayışlara görə məsuliyyəti Somali islamçı yaraqlıları – Əl Qaidəylə bağları olan Əl-Şabab qrupu üzərinə götürüb.

Bazar günü gecə baş verən partlayışlarda 70-dən çox da yaralı var. ABŞ və Avropa Bİrliyi terror aktını qınayıb.