Azərbaycan və Rusiya xarici işlər nazirlərinin müavinləri zəngləşib

İyulun 12-də Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin arasında telefon danışığı olub.

APA-nın Rusiya XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, telefon danışığında qarşıdakı görüşlərə hazırlıq kontekstində ikitərəfli münasibətlərin bir sıra praktik məsələləri müzakirə edilib.