Tovuz Rayon İcra Hakimiyyətində Heydər Əliyevin hakimiyyətə gəlməsinin 41-ci ildönümü münasibətilə yığıncaq keçirilib.
AzərTAc-ın məlumatına görə, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov məruzə ilə çıxış edib. Məruzədə Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul tarixli plenumunun xalqımızın həyatında yeni mərhələnin başlanğıcı olduğu vurğulanıb. Qeyd olunub ki, Heydər Əliyevin Azərbaycanda ilk dəfə hakimiyyətə gəlməsi ilə ölkənin tarixinin böyük dönüşü, yeni epoxası başlanıb.
Tofiq Zeynalov qeyd edib ki, 1993-cü ildə Azərbaycan parçalanma və məhvolma təhlükəsi qarşısında qalanda xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı nəinki parçalanmaqdan xilas etdi, həmçinin müstəqil dövlətimizin möhkəmlənməsində və inkişaf etməsində yeni mərhələnin başlanğıcı oldu.
Məlumatda deyilir ki, müdrik siyasətçi qısa müddət ərzində vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Xarici düşmənlərin və onların daxildəki əlaltılarının Azərbaycanı parçalayıb yox etmək planı puça çıxdı. Bir-birinin ardınca həyata keçirilən iqtisadi layihələr müstəqil dövlətimizin inkişafına və möhkəmlənməsinə zəmin yaratdı, qurucusu və memarı Heydər Əliyev olan müstəqil Azərbaycan dövləti inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyevinin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi kursu bu gün prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti gündən-günə daha da inkişaf edir.