Sabah Binəqədidə qaz kəsiləcək

Sabah saat 10:00-dan 17:00-dək “Binəqədi-Sərdarov” qaz kəmərində qaz məhdudlaşacaq.

ARDNŞ-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu kəmərdə aparılacaq təmir işiylə bağlıdır.

Həmçinin qaz kəmərinin yerinin dəyişdirilməsi ilə əlaqədar Xocahəsən qəsəbəsinin qazla təhcizatı müvəqqəti dayandırılacaq.