Portuqaliyanın Xarici İşlər naziri Bakıya gəlir

Portuqaliyanın Xarici İşlər naziri Luis Amadon iyunun 15-də Azərbaycana rəsmi səfər edəcək.

Səfər proqramı çərcivəsində onun azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşü planlaşdırılıb.

Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra birgə mətbuat konfransı təşkil olunacaq.