Yuventus Diyeqo Forlanı almaq istəyir

İtaliyanın “Yuventus” klubu Dünya Çempionatının ən yaxşı futbolçusu seçilən uruqvaylı Diyeqo Forlanı almaq istəyir.

Forlanın qiymətinin 18-30 milyon dollar civarında olduğu bildirilir.

Xatırladaq ki, Uruqvay yığması Cənubi Afrikada keçirilən dünya birinciliyində 4-cü yeri tutub.