Azərbaycan Xalq Cəbhəsinin yaradılmasının 21 illiyi ilə bağlı iyulun 15-də Müsavat Partiyasının qərargahında tədbir keçirilib.
APA-nın məlumatına görə tədbirdə Müsavat, AXCP, KXCP və Demokratiya Uğrunda İttifaqa daxil olan partiyaların rəhbərliyi və ziyalılar qatılıb.
Tədbirdə çıxış edən Müsavat Partiyasının başqanı İsa Qəmbər AXC-nin yarandığı dövr və partiyanın fəaliyyətindən, indiki şəraitdə siyasi qüvvələrin bir araya gəlməsinin zəruriliyindən danışıb və AXCP ilə Müsavatın birləşməsini təklif edib.
O həmçinin parlament seçkilərindən sonra siyasi partiyaların Musavat adı altında birləşməsinin mümkünlüyünü qeyd edib.
Musavatın Mərkəzi İcra Aoaratının rəhbəri Arif Hacılının sözlərinə görə tədbirdə çıxış edənlər bu təklifləri müsbət qarşılayıblar.
İsa Qəmbər həmçinin bu il partiya rəhbəri kimi səlahiyyət müddətinin başa çatdığını və başqanlıqdan gedəcəyini qeyd edib.