“Azərbaycan Avropa Birliyi ilə assosiasiya sazişinin imzalanacağını çox müsbət qarşılayır. Hesab edirik ki, bu sazişin imzalanması ölkədə islahatların daha da dərinləşməsinə təkan verəcək”. Bunu Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
Bu gün Bakıda Azərbaycanla Avropa Birliyi arasında assosiasiya sazişi üzrə danışıqlar başlayıb. Danışıqlara Azərbaycan tərəfdən xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, AB tərəfindən isə təşkilatın danışıq qrupunun rəhbəri Cohn Krayer rəhbərlik edir.
Assosiativ saziş layihəsi Avropa Birliyi ilə Azərbaycan arasında siyasi, təhlükəsizlik, iqtisadiyyat, ticarət, qanunun aliliyi, demokratiya, insan haqlarına hörmət, bazar iqtisadiyyatının genişləndirilməsi sahəsində əməkdaşlıq məsələlərini nəzərdə tutur.