ATƏT Qırğızıstana polis göndərir

Avropada Təhülkəsiuzlik və Əməkdaşlıq Təşkilatı – ATƏT Qırğızıstanın cənub bölgələrinə 52 nəfərlik bir polis dəstəsi göndərəcəyini elan edib.

Təşkilatın Konflikatlərin Qarşısının alınması Mərkəzinin direktoru Herbert Salber iyulun 16-da jurnalistlərə bildirib ki, ATƏT-ə üzv olan ölkələri təmsil edəcək polis əməkdaşları Oş və Cəalalabad şəhərlərində yerləşdiriləcək. Amma o, bu missiyanın nə qədər orada qalacağı haqqında məlumat verməyib.

Keçən ay həmin şəhərlərdə özbəklərlə qırğızlar arasında toqquşmalarda rəsmi məlumata görə 300 nəfər yaxın adam həlak olmuşdu.