Həmsədrlər sentyabradək regiona gələ bilərlər

ATƏT-in Minsk qrupunun həmsədrləri sentyabradək yenidən regiona gəlməyi planlaşdırırlar.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, rəsmi Bakı həmsədrlərin yeni təşəbbüslərlə çıxış etməsini istəyir.

Onun sözlərinə görə, həmsədrlər Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin yeni görüşünü təşkil etmək istəyirlər.

Məlumatı Anspress agentliyi yayıb.