Meksikada 17 nəfəri güllələdilər

Meksikada narkotik savaşı davam edir, bandalar arası münaqişə daha 17 nəfərin ölümü ilə nəticələnib.

Killer ad günü keçirilən evə daxil olaraq içəridəkilərə avtomatdan atəş açıb. Daha 18 nəfər də yaralanıb.

Hadisə ölkənin şimalındakı Torreon şəhərində baş verib.