Əfqanıstanın gələcəyi müzakirə olunacaq

Bu gün Əfqanıstanın paytaxtı Kabildə ilk dəfə olaraq ölkənin gələcəyinə dair beynəlxalq konfrans keçiriləcək. Konfransda prezident Həmid Kərzai ölkəsinə ayrılan milyardlarla dollarlıq yardımdan səmərəli istifadəyə dair beynəlxalq tərəfdaşlarının tövsiyələrini dinləyəcək.

Donorlar isə daha ciddi nəzarətin daha çox korrupsiyaya səbəb olmayacağına təminat almaq istəyirlər.

Tədbirdə 70 beynəlxalq təşkilat nümayəndəsi və 40 xarici ölkə naziri, eləcə də BMT-nin baş katibi Ban Ki-Mun və ABŞ-ın dövlət katibi Hillari Klinton iştirak edəcək.