Əfqanıstan hökuməti ölkənin təhlükəsizliyinin təmin olunmasında daha çox müstəqil olmaq istəyir. Əfqanıstan beynəlxalq yardımlara daha çox nəzarət etmək istəyir. Bunu prezident Həmid Kərzai Kabildə ilk dəfə olaraq keçirilən ölkənin gələcəyinə dair beynəlxalq konfransda bildirib.
Kərzai ölkəsinə ayrılan milyardlarla dollarlıq yardımdan səmərəli istifadəyə dair beynəlxalq tərəfdaşlarının tövsiyələrini dinləyəcək. Donorlar isə daha ciddi nəzarətin daha çox korrupsiyaya səbəb olmayacağına təminat almaq istəyirlər.
Tədbirdə 70 beynəlxalq təşkilat nümayəndəsi və 40 xarici ölkə naziri, eləcə də BMT-nin baş katibi Ban Ki-Mun və ABŞ-ın dövlət katibi Hillari Klinton iştirak edir.