Davudoğlu Həmas lideri ilə görüşüb

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Dəməşqdə Həmas hərəkatının ali lideri Xaled Maşaalla görüşüb.

Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Onlar Qəzzaya nəzarət edən “Həmas” qruplaşması və Fələstin prezidenti Mahmud Abbasın tabeçiliyində olan “Fəth” hərəkatı arasında barışığın yollarını müzakirə ediblər.

Fələstin qrupları arasında nifaq İsrail-Fələstin münaqişəsinin həlli istiqamətində danışıqları dalana dirəyib.

İsrail və bir sıra Qərb ölkələri "Həmas"ı terrorçu təşkilat sayırlar.