Həmsədrlər Rusiya xarici işlər nazirinin müavini ilə görüşüb

ATƏT-in Minsk Qrupunun həmsədrləri Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüş keçiriblər.

Moskvada işgüzar məsləhətləşmələr keçirən həmsədrlər İqor Popov, Bernar Fasie və Robert Bradtke, o cümlədən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik Rusiya XİN başçısının müavini ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının aktual məsələləri ətrafında müzakirələr aparıblar.

Görüşdə Rusiya xarici işlər nazirinin müavini Sergey Lavrovun sərəncamı ilə Qriqori Karasin «Beynəlxalq əməkdaşlığa verdiyi töfhəyə görə» döş nişanını fransalı həmsədr Bernar Fasieyə təqdim edib.

/APA/