Berluskoninin reytinqi kəskin düşüb

İtaliyanın 73 yaşlı baş naziri Silvio Berluskoninin reytinqi keçən illə müqayisədə 10 faiz düşüb və hazırda 39 faiz təşkil edir.

Səbəb hökumətin büdcə kəsirini azaltmaq üçün dövlət qulluqçularının maaşından kəsmək planlarıdır.

İtaliya hərbi xərclərini də azaldır.

İtaliyanın müdafiə nazirliyi EADS şirkətindən 2,6 milyard avroya 121 Eurofighter döyüş təyyarəsi sifariş etmişdi.

Sifariş edilən təyyarələrin sayı 25-ə endirilib.