Sankt-Peterburqda kütləvi məzarlıq aşkar edilib

Rus arxeoloqları Sankt-Peterburqun iki qalasında kütləvi məzarlıq aşkar ediblər.

Təxminən 80 nəfər başından güllələnib. Bunun 1917-ci ilin çevrilişindən sonra bolşeviklərin törətdiyi güman edilir.

Amma qətllərin konkret olaraq nə vaxt törədildiyi müəyyən olunmayıb.

Sözügedən qalalar əvvəl çar dövründə, daha sonra isə sovetlər dönəmində qəddarlıqlara görə pis ad çıxarmış siyasi zindanlar olub.