Senatı Brayzanın namizədliyi məsələsinə baxacaq

İyulun 22-də ABŞ Senatı Metyu Brayzanın namizədliyi məsələsinə baxacaq.

ABŞ prezidenti Barak Obama Brayzanın - Azərbaycana səfir vəzifəsinə namizədliyini irəli sürüb.

Metyu Brayza bundan əvvəl Qarabağ münaqişəsinin həlli üçün danışıqlara vasitəçilik edən ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri olub.

2009-cu ilin iyul ayından ABŞ-ın Azərbaycanda səfiri vəzifəsi boş idi.