Bakiyevin qardaşı parik taxaraq gizlənirmiş

Qırğızıstanda devrilmiş prezident Kurmanbek Bakiyevin kiçik qardaşı Əhməd Bakiyev həbs olunub. Hökumət onun ötən gecə Calal-Abad şəhərində həbs olunduğunu bildirib.


Polis bildirib ki, Əhməd Bakiyev saxlanarkən onun üzərində 2 tapança olub, həmçinin taxma bığ və saqqalda, başında isə parik olub. Həbs zamanı Bakiyev müqavimət göstərməyib.

Əhməd Bakiyev ölkənin cənubunda qırğız və özbəklər arasında kütləvi iğtişaşların təşkilndə
təqsirləndirilir. Ötən ay iki millət arasında toqquşmalarda bir neçə yüz adam ölüb, yüz minlərlə insan evini tərk edib.

Qırğızıstanda devrilmiş prezident Kurmanbek Bakiyevin o biri qardaşı da axtarışdadır, özü isə Belarusda sığınacaq tapıb.