Human Rights Watch Çini pisləyib

Beynəlxalq Human Rights Watch təşkilatı Çinin hakim dairələrini 2008-ci ilin martında Tibetdəki iğtişaşları yatırarkən həddən artıq güc tətbiq eləməkdə ittiham edib.

Təşkilatın yaydığı bəyanatda deyilir ki, Çinin təhlükəsizlik qüvələri öncə nümayişçilərə atəş açıb, sonra isə qanunsuz həbslər aparıblar.

Həmin vaxt Tibetdə keçirilmiş bu etiraz aksiyalarında 19 adam öldürüldü.

Çinin hakim dairələri isə minimum güc tətbiq edildiyini və bu iğtişaşlara görə Tibetin dini lideri Dalay Lama başda olmaqla, muhacirətdə yaşayan separatçı
qüvvələrin cavabdehlik daşıdıqlarını deyir.