Uqo Çaves Abxaziyaya səfər edəcək

Venesuela prezidenti Uqo Çaves yaxın vaxtlarda Abxaziyaya səfər edəcəyini deyib. O, bunu Karakasda tanınmamış Abxaziya respublikasının rəhbəri Sergey Baqapşla görüşündə bildirib. Çaves həmçinin tezliklə Abxaziyaya gəmilər göndərəcəyinə də söz verib.

Venesuela Abxaziya və Cənubi Osetiyanı tanıyan 4 ölkədən biridir. Digər 3-ü Rusiya, Nikaraqua və Nauru Respublikasıdır.