Ermənistan müxalifətinin iddiası rədd edildi

Ermənistan məhkəməsi ana müxalifət partiyasının qaz qiymətlərinin qaldırılmasına qarşı iddiasını təmin etməyib.

ArmRosQazprom bu ilin əvvəlində ev təsərrüfatları üçün qaz qiymətlərini 37 faiz qaldırıb. Bunu Rusiyadan alınan qazın bahalaşması ilə əsaslandırıb.

Levon Ter-Petrosyanın Ermənistan Milli Konqresi bunu ədalətsiz və əsaslandırılmamış qərar adlandıraraq məhkəməyə müraciət etmişdi.

İddiaya 7 min adam qol çəkmişdi.