İran Əfqanıstandakı yaraqlıları silahlandırması iddialarını rədd eləyir

İran Əfqanıstandakı yaraqlılara yardım eləmir. İran prezidenti Mahmud Əhmədinejat ABŞ-ın CBS telviziyasına verdiyi müsahibədə belə deyib.

Wikileaks saytında Əfqanıstan müharibəsi ilə bağlı yerləşdirilən məxfi məlkumatlarda İranın Talibanı silahlandırması iddiaları yer almışdı.

Əhmədinejat iddiaları təkzib edib və əlavə edib “əfqanlar öz ölkələrini idarə etməlidirlər”.

İran prezidenti ABŞ prezidenti Obamayla danışıqlara da hazır olduğunu bəyan edib.