Qırğızıstan donorlardan istədiyini aldı

Beynəlxalq donorlar Qırğızıstanın bərpasına 1.1 milyard dollar ayıracaqlar. Qırğızıstan hökumətinin təşəbbüsü ilə Bişkekdə keçirilən konfransda belə qərar qəbul edilib.

Qırğızıstan hökuməti 1.2 milyard yardım ayrılması beynəlxalq donorlara müraciət eləmişdi. Dünya Bankının rəsmisi Theodor Ahlers deyib ki, yardımın ilk hissəsini, 600 milyon dollarını elə bu il ayıracaqlar.

İyun ayında ölkədə etnik özbəklərlə qırğızlar arasındakı toqquşmalarda 300-dən çox adam həlak olub, minlərlə adam yaralanmışdı. Cənub bölgəsində 100 minlərlə adam evlərindən didərgin düşmüşdü. Bu toqquşmalar və ölkədəki çevriliş ölkə iqtisadiyyatına ciddi təsir edib.