Obama mətbuata sızan məxfi məlumatlardan narahat deyil

ABŞ prezidenti Barak Obama çoxlu sayda məxfi sənədin mətbuata sızmasından narahatlığını bildirib. Əfqan müharibəsi ilə bağlı Wikileaks saytında dərc edilən 90 mindən çox məxfi sənəd haqda ilk dəfə danışan Obama bildirib ki, sənədlərin özündə narahatedici yeni məqam yoxdur.

Onun sözlərinə görə, belə məxfi məlkumatların, həm də təfərrüatları ilə sızması, narahat edicidir. Sənədlərin özündə əks edilənlər isə onlar üçün el ədə narahat verci deyil. Çünki burdakı məsələr haqda əvvəlcədən xəbərdar idilər və ötən il ABŞ-ın Əfqanıstanla bağlı yeni təşəbbüslə çıxış etməsi də bu cür məlumatlar üzündən olub.

WikiLeaks-in dərc elədiyi sənədlərdə NATO qoşunlarının Əfqanıstanda dinc sakinləri öldürməsi faktlarının gizlədilməsi, ABŞ ordusunun bəzi insan ovçuları dəstələrinin olması və Pakistan kəşfiyyatının Taliban yaraqlılarına təlim keçməsi iddiaları var.