Birləşmiş Ştatlarla Cənubi Koreya hərbi təlimləri başa vurublar

Birləşmiş Ştatlarla Cənubi Koreyanın Yapon dənizində keçirdikləri birgə hərbi təlim sona yetib.

Hərbi təlimlərdə 20 gəmi, 200 təyyarə və hər iki tərəfdən 8 min əsgər və zabit iştirak edirdi.

Hər iki ölkə bundan əvvəl bəyan eləmişdi ki, təlim məşqində məqsəd Pxenyana Vaşinqtonla Seulun müttəfiqliyini göstərməkdir.