Azərbaycan Rusiyadan raket kompleksləri alır

Azərbaycan öz Silahlı Qüvvələrini möhkəmləndirmək üçün planlı şəkildə tədbirlər həyata keçirməkdə davam edir.

ANS-in məlumatına görə, bunu “İnterfaks-Azərbaycan” agentliyinə Müdafiə Nazirliyi mətbuat katibinin müavini Teymur Abdullayev Azərbaycanın Rusiyadan zenit-raket kompleksləri almasıyla bağlı məlumatı şərh edərkən beyib.
.
Rusiyanın “ Vedemosti” qəzeti Azərbaycanın Rusiyadan 300 milyon dollarlıq S-300 raket sistemləri aldğını xəbər verir.

Qəzetin yazdığına görə tərəflər arasında belə bir müqavilə ötən il imzalanıb.

Qəzet Rusiyanın adı çəkilməyən hərbi rəsmisinə istinadla yazır ki, Azərbaycan bu qurğuları çox güman ki, istənilən vaxt qonşu İranda vəziyyətin pisləşməsinə hazır olmaq, özünü qorumaq məqsədilə alır və bu Ermənistanla Azərbaycan arasındakı balansı çətin ki, dəyişsin.