Britaniyanın baş naziri Pakistanla bağlı dediklərinin üstündə durub

Böyük Britaniyanın baş naziri Devid Kameron Pakistanın terrorçuluğa münasibətilə bağlı Dehlidə dediklərinin üstündə durub.

O, bu gün bildirib ki, Pakistanın “terror ixracı”nı dəstəkləməsinə imkan vermək olmaz.

Pakistanın Londondakı elçisi Vacid Şamsul Həsən isə buna cavab olaraq deyib ki, Kameron Pakistanın terrorçuluqla mübarizədə oynadığı böyük rola məhəl qoymaq istəmir.

O, baş naziri səriştəsizlikdə və Pakistanla Hindistan arasında sülhün mümkünlüyünə zərbə vurmaqda itiham edib.