Moskvanın üstünü kül buludları tutub

Rusiyada anomal istilər davam edir. Dünən Moskvada temperatur 38 dərəcəyə çatıb. Bu da rekord göstəricidir.

Meşə və torf bataqlıqlarının yanması nəticəsində Moskvanın üstünü kül buludlarının tutması vəziyyəti daha da pisləşdirir.

Hakimiyyət orqanları əhaliyə evlərindən çıxmamağı məsləhət görüblər.