Rusiyada meşə yanğınlarında azı 20 adam ölüb

Mərkəzi Rusiyada baş verən meşə yanğınlarında azı 20 adam ölüb, minlərlə adam ev-eçiyini tərk etməli olub.

Ölənlərdən 3-ü yanğınsöndürənlərdir.

Rusiya prezidenti Dimitri Medvedev yanğının söndürülməsinə əsgərlərində cəlb edilməsini göstəriş verib.

Yanğın hazırda 866 kvadrat kilometrdən artıq ərazini əhatə edib.

Baş nazir Vladimir Putin bu gün ən çox ziyan dəymiş Nijni Novqorod regionuna baş çəkib.

Regiondakı Verxnyaya Vereya kəndi tamamilə yanıb.

Vladimir Putin 500 sakini olan kəndin bərpqa olunacağını və zəzərçəkəmlərə 200 min rubl kompensasiya ödəniləcəyini vəd edib.