YUNESKO-nun baş direktoru Şəkidə olub

YUNESKO-nun baş direktoru İrina Bokova avqustun 1-də Şəkidə olub.

AzərTacın məlumatına görə, şəhərlə tanışlıq Şəki xan sarayından başlayıb.

Qonağa Şəkinin tarixi, mədəniyyəti, qədim sənətkarlıq ənənələri və iqtisadiyyatı barədə məlumat verilib.

İrina Bokova daha sonra Kiş kəndindəki qədim alban məbədini ziyarət edib, “Yuxarı Karvansara” mehmanxana kompleksində olub.