Müxalifətin aksiyasında 18 nəfər inzibati məsuliyyətə cəlb olunub

Müxalifətin şənbə günü keçirdiyi aksiyada iştirak etdiyinə görə 18 nəfər inzibati məsuliyyətə cəlb olunub. Onlardan 10-u inzibati qaydada həbs olunub. Həmin şəxslərdən 7 nəfəri 10 sutka həbs, 1 nəfəri 8 sutka, 2 nəfəri isə 7 sutka həbs cəzası alıblar. Bundan başqa 7 nəfər 20-25 manat məbləğində cərimə olunub, 1 nəfərə isə xəbərdarlıq edilib.

Müxalifətin aksiyası sərbəst toplaşmaq və azad seçki tələbi ilə keçirilib.