Əfqanıstandakı partlayışda 5 uşaq ölüb

Əfqanıstanın cənubunda yerləşən Qəndəhar əyalətində intiharçının avtomobili partlatması nəticəsində 5 uşaq ölüb, 1-i yaralanıb.

Terror aktının baş verdiyi Dand rayonunda belə hesab edirlər ki, terror əslində yerli administrasiyanın rəhbəri Əhmədulla Hazikə qarşı olub. Partlayış onun maşını yola çıxmamışdan az əvvəl baş verib.