Rusiyada meşə yanğınlarında ölənlərin sayı 34-ə çatıb

Rusiyada meşə yanğınları nəticəsində ölənlərin sayı 34-ə çatıb. Bu haqda Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat veriblər. Nazirliyin məlumatına görə, meşə yanğınları 200 yaşayış yerini əhatə edir.


Meşə və torf bataqlıqlarının yanması nəticəsində isə Moskvanın üstünü kül buludları alıb.