Əhmədinejad Obamanı debata çağırır

İranın prezidenti Mahmud Əhmədinejad avqustun 2-də ABŞ prezidenti Bara Obamanı dünyanın problemlərinə dair teledebata çağırıb. O, jurnalistlərə deyib ki, bu debat gələn ay New Yorkda BMT-nin mənzil qərargahında keçirilə bilər.

Əhmədinejad həmçinin ABŞ prezidentini “münasibətlərin normallaşmasına dair tarixi imkanı” əldən verməyə görə tənqid edib.