İran prezidenti Mahmud Əhmedinejadın kortejinə qumbara atılıb. Ancaq prezident sui-qəsd zamanı xəsarət almayıb. Xəbəri Livanın Future televiziyası yayıb. Daha sonra Dubaydakı Əl-Ərəbiyə televiziyası da sui-qəsd haqda xəbər yayıb.
İran mediası isə hadisə ilə bağlı heç bir xəbər yaymayıb. Yalnız Press TV internet səhifəsində xəbərin yalan olması haqda məlumat verib.