Avqustun 3-də daha 13 nəfərin ölümü ilə nəticələnən qarşıdurmadan sonra Pakistanın hakimiyyət orqanları Kəraçi şəhərinə yeni təhlükəsizlik qüvvələri yeridib.
Avqustun 2-dən başlamış toqquşmalarda ümumilikdə 58 nəfər ölüb.
Toqquşmalar etnik qruplar arasında baş verən münaqişələr nəticəsində yaranıb. Toqquşmalarda yerli millət vəkili Razi Heydər də ölüb.
Hökumət Kəraçiyə yeridilən qoşunun dəqiq sayı haqqında məlumat vermir.