Partlayışda polis rəisi də daxil olmaqla 3 adam ölüb

Pakistanın şimal-qərbində törədilmiş partlayışda 3 adam ölüb, 2 maşın yanıb.

Ölənlərdən biri regional polis rəisidir.

Associated Press agentliyinin yerli hakimiyyətə istinadla verdiyi məlumata görə, intiharçı Peşavar şəhərində yüksək rütbəli polis zabitinin olduğu maşının ətrafında özünü partladıb.