Əfqanıstandakı ABŞ komandanlığı yeni qaydaları açıqlayıb

Əfqanıstandakı ABŞ qüvvələrinin baş komandanı Devid Petreus hərbi əməliyyatlar zamanı dinc sakinlər arasında itkidən qaçmaq qaçmaq üçün bu gün yeni prinsipləri açıqlayıb.

Yeni qaydalara görə, komandirlər güc tətbiq etməzdən əvəl özünümüdafiə istisna olmaqla, hədəfin yaraqlılar olduğuna əmin olmalıdırlar.

Devid Petreus komandanlığı iyulun 4-də qəbul edib.

Bundan əvvəl Əfqanıstandakı ABŞ qüvvələrinə Stenli Makkristal komandanlıq edirdi.