Medvedyev donanmanın yüksək rütbəli hərbçilərini vəzifədən azad edib

Rusiya prezidenti Dmitri Medvedyev Rusiya Hərbi Dəniz Donanmasının Moskva yaxınlığındakı bazasının yanmasının qarşısını ala bilmədiyinə görə, donanmanın yüksək rütbəli hərbçilərini vəzifədən azad edib.

Medvedyev deyib ki, o, ordunu mülki əhalinin yanğınlardan qorumağa cəlb etdiyi halda ordu öz obyektlərini qoruya bilmir.

Medvedyev istirahətini yarımçıq qoyub yanğınlarla bağlı fövqəladə iclac keçirmək üçün Moskvaya qayıtmışdı.

Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər ki, son 24 saatda 300 yanğın ocağı söndürülüb. Əvəzində 400 yanğın ocağı yaranıb. Daha 500-ü isə əvvəldən yanmaqda davam edir. Onlardan bir neçəsi nəzarətdən çıxıb.