Avropa Şurasının baş katibi Azərbaycana gələcək

Avropa Şurasının baş katibi Torbyorn Yaqland (Thorbjorn Jagland) sentyabrda Azərbaycana gələcək.

Səfərdə məqsəd Avropa gənclərinin problemlərilə bağlı Bakıda keçiriləcək beynəlxalq konfransa qatılmaqdır.

APA-nın məlumatına görə, baş katib səfər çərçivəsində Azərbaycan rəhbərliyi, müxalifət və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə də görüşəcək.

Bu görüşlərdə noyabrda keçiriləcək parlament seçkilərinə hazırlıq məsələləri, ölkədə aparılan islahatlar və demokratiyanın vəziyyəti müzakirə olunacaq.