Qarabağ birinci hissədə rəqibinin qapısından 3 top keçirdi

Ağdamın “Qarabağ” klubu futbol üzrə Avropa liqasının üçüncü təsnifat mərhələsində hazırda Bakıda Tofiq Bəhramov adına stadionda Polşanın “Visla” komandasıyla qarşılaşır.

Qarabağ oyunun birinci hissəsində rəqibin qapısından 3 top keçirib.

Hazırda oyunun 2-ci hissəsi gedir.

Komandamız Polşada keçirilmiş ilk oyunda da rəqibini 1:0 hesabı ilə məğlub edib.